Viessmann Group enerji sistemləri və HVAC(istilik, ventilyasiya və kondisioner) sahəsi üzrə ixtisaslaşmış və tanınan alman şirkətidir. 1917-ci ildə Johann Fissmann tərəfindən əsası qoyulmuş şirkətin baş ofisi Almaniyanın Allendorf (Eder) şəhərində yerləşir. Viessmann geniş çeşiddə məhsullar təklif edir, o cümlədən istilik sistemləri (qaz və neft qazanları, biokütlə qazanları, günəş enerjisi sistemləri), sənaye sistemləri, soyutma sahəsi və enerjiyə qənaət sistemləri bu şirkətin prioritet sahələridir. Şirkət enerji səmərəliliyinin artırılmasına və hibrid enerji tətbiqinə sadiqdir. Təxminən 12.000 işçisi olan Viessmann dünyanın 74 ölkəsində fəaliyyət göstərir, innovasiyalarda liderdir və həm yaşayış, həm də kommersiya sahələri üçün yüksək keyfiyyətli məhsullar təqdim edir. Şirkət enerji səmərəliliyi və ekoloji cəhəttən təmiz enerji əldə etməyə göstərdiyi diqqəti ilə tanınır. ASCCo şirkəti Viessmann Group ilə ^xxxx^-ci ildən birgə əməkdaşlığa başlayıb. Hal-hazırda Viessmann Group ilə olan əməkdaşlıq çərçivəsində bu şirkətin məhsullarının satışını həyata keçirir. Əlavə olaraq HVAC sahəsi üzrə servis xidmətləri ilə də müştərilərin qarşılaşdığı problemlərə operativ həllər təqdim edir.